İran və Çin strateji iqtisadi əməkdaşlığın gücləndirilməsini vurğulayıblar
https://azeri.sahartv.ir/news/İran-i391676-İran_və_Çin_strateji_iqtisadi_əməkdaşlığın_gücləndirilməsini_vurğulayıblar
İran və Çin prezidentləri bir saatlıq telüfon danışığında əsas beynəlxalq və regional hadisələri nəzərdən keçirib, ikitərəfli əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyul 30, 2022 09:03 Asia/Baku
  • İran və Çin strateji iqtisadi əməkdaşlığın gücləndirilməsini vurğulayıblar

İran və Çin prezidentləri bir saatlıq telüfon danışığında əsas beynəlxalq və regional hadisələri nəzərdən keçirib, ikitərəfli əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıblar.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi ilə Çin prezidenti Si Cinpin arasında telefon danışığı baş tutub. Prezident Rəisi bu telefon danışığında ABŞ-ın ölkələrin daxili işlərinə qarışmasını bu ölkənin dağıdıcı təktərəfli siyasətinin davamı kimi qiymətləndirib, hansı ki, bu siyasət hazırda qlobal sülh və təhlükəsizliyə təhdid halına gəlib.

İran İslam Respublikası prezidenti milli suverenliyə hörmətin və ölkələrin ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının xarici siyasətinin əsas prinsiplərindən olduğunu bildirib və bu kontekstdə Vahid Çin prinsipinin dəstəklənməsini İran İslam Respublikasının qəti və prinsipial siyasəti kimi qiymətləndirib.

Si Cinpin də öz növbəsində İran və Çinin beynəlxalq arenada əməkdaşlığını və iki ölkənin regional və beynəlxalq arenada bir-birinin mövqelərinə qarşılıqlı dəstəyini yüksək qiymətləndirib.

Si Cinpin regional sabitliyin qorunub saxlanmasının vacibliyinə və bu baxımdan İran İslam Respublikasının konstruktiv roluna işarə edərək, Çinin təzyiq və təktərəfli siyasətə qarşı olduğunu vurğulayıb.