Avq 02, 2022 20:35 Asia/Baku
  • İran həndbolu dünyanın ən yaxşı 16 komandası sırasına yüksəlib

İran qadınlarının topla oynanan idman növləri tarixində ilk dəfə olaraq, İranın yeniyetmə qızlardan ibarət milli həndbol komandası dünyanın ən yaxşı on altı komandası sırasına daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, İranın yeniyetmə qızlardan ibarət milli həndbol komandası dünya çempionatındakı ikinci görüşündə öz parlaq çıxışı ilə güclü rəqibi Seneqal üzərində 39-29 hesabı ilə qalib gəlib və tarixi bir yüksəlişdə yuxarıda qeyd olunan mövqeyə nail olubdur.

Bu qələbə ilə, həndbol idmanı İranda “qadınların ilk toplu idman növü” ləqəbini alıb. Bu, qadınların idman tarixində mühüm bir dönüş nöqtəsi sayılır.

Asiya çempionatında qızıl medal alan İran millisi dünya çempionatına vəsiqə qazanıb.

Teqlər