Avq 02, 2022 20:38 Asia/Baku
  • İnsan haqları iddiaçıları insan barədə düzgün tərifə malik deyillər

İnsan haqları iddiaçılarının fəaliyyətini tənqid edən İranın məhkəmə hakimiyyətinin başçısı deyib: Qərbdə insan haqlarının yalançı iddiaçıları hətta insan barədə düzgün tərifə belə, malik deyillər.

SəhərAzəri-nin məlumatına əsasən, Höccətülislam Qulamhüseyn Mohseni-Ejei yeddinci İslami İnsan Haqları və İnsan Ləyaqəti Mükafatının təqdimat mərasimində sionist qəsbkarların fələstinlilərin torpaqlarını ələ keçirdikləri, onları əsir götürüb, düşərgəyə apardıqlarını bildirib. Qeyd edib ki, təcavüzkarlar nəinki məzlum Yəmən xalqına kömək etmirlər, əksinə qərblilərin köməyi ilə onları mühasirəyə alırlar.

O, əlavə edib: Belə bir şəraitdə, yalançı insan haqları iddiaçıları insan haqlarını dəstəkləyən müstəqil ölkələri ən kəskin təzyiqlərə məruz qoyurlar.

Teqlər