Avq 07, 2022 15:11 Asia/Baku
  • Aliməqamlı Rəhbərin iştirakı ilə Tasua gecəsi əzadarlığı mərasimi keçirilib

İslam İnqilabının Aliməqamlı Rəhbərinin iştirakı ilə şənbə günü İmam Xomeyni (r.ə) Hüseyniyyədə Tasua gecəsi əzadarlığı mərasimi keçirilib.

Aliməqam Rəhbərin ofisinin informasiya portalının məlumatına görə, bu mərasimdə höccətülislam Ali çıxış edərək, bildirib ki, Allahın dininə ixlasla kömək etmək, əqli və qəlbi mərifətlə yanaşı, Əhli-beyt dostlarını tanıyıb sevməyi, həmçinin onların düşmənlərindən bəraət bildirməyi tələb edir.

Höccətülislam Ali əlavə edib: "Bu gün Əhli-beyt düşmənlərindən bəraət etməyin ən bariz nümunəsi, dünya zalımları və təkəbbürlüləri qarşısında dayanmaq, onların mədəniyyət və həyat tərzinin İslam cəmiyyətində təsirinin qarşısını almaqdır".

Həmçinin bu mərasimdə Zəncandan olan tanınmış növhəxan cənab Mehdi Rəsuli Fars və Azərbaycan dillərində növhələr oxudular. 

Dünya şiələrinin üçüncü imamı Həzrət Əba Əbdillah Əl-Hüseyn əleyhissalamın şəhadət günləri ilə əlaqədar əzadarlıq mərasimi 1444-cü hicri qəməri ili məhərrəm ayının yeddinci gecəsindən on ikinci gecəsinədək- altı gecə müddətinə Tehranda yerləşən İmam Xomeyni (r.ə.) hüseyniyyəsində keçiriləcək.

Həzrət Əba Əbdillahil-Hüseyn (ə) və onun vəfalı köməkçiləri 61-ci hicri qəməri ili Məhərrəm ayının 10-da Kərbəlada şəhid oldular.

Teqlər