Prezident Rəisi İranın astronomiya və astrofizika üzrə olimpiada komandasının qələbəsini təbrik edib
https://azeri.sahartv.ir/news/İran-i392426-prezident_rəisi_İranın_astronomiya_və_astrofizika_üzrə_olimpiada_komandasının_qələbəsini_təbrik_edib
Prezident Rəisi iranlı məktəblilərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında birinci yeri tutmasından sonra ünvanladığı təbrik mesajı yayıb: "İranın istedadlı övladları bir daha ölkənin elm və mədəniyyət tarixinə daha bir qızıl səhifə əlavə etdilər".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2022 06:44 Asia/Baku
  • Prezident Rəisi İranın astronomiya və astrofizika üzrə olimpiada komandasının qələbəsini təbrik edib

Prezident Rəisi iranlı məktəblilərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında birinci yeri tutmasından sonra ünvanladığı təbrik mesajı yayıb: "İranın istedadlı övladları bir daha ölkənin elm və mədəniyyət tarixinə daha bir qızıl səhifə əlavə etdilər".

SəhərAzəri-nin məlumatına əsasən, İranlı məktəblilər Gürcüstanın Kutaisi şəhərində keçirilən 15-ci Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında 9 qızıl və bir gümüş medal qazanaraq, dünyanın 45 ölkəsindən gələn 250 məktəbli arasında, ikinci dəfə olaraq, birinci yeri tutublar. 

Prezident Rəisinin təbrik mesajında deyilir: "İranın istedadlı övladları 2022-ci ildə Gürcüstanda keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında birinci yeri qazanmaqla öz bacarıqlarını nümayiş etdirdilər və ölkənin elm və mədəniyyət tarixinə bir daha bir qızıl səhifə əlavə etdilər".

İran parlamenti İslam Şurası Məclisinin sədri də iranlı məktəblilərin 2022-ci ildə Gürcüstanın Kutaisi şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında qalib gəlməsini təbrik edib.