Amerika Fars Körfəzində beynəlxalq naviqasiyaya təhlükə yaradır
Sepah ABŞ-ın sərnişinsiz qayığını ələ keçirib və sonra buraxıb
İslam İnqilabı Keşikçiləri Korpusu - Sepahın Hərbi Dəniz Qüvvələri tərəfindən Amerika qayığının ələ keçirilməsi və buraxılmasının təfərrüatları açıqlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, avqustun 30-da naviqasiya əlaqəsi kəsilən Amerika qayığı Fars Körfəzində SEPAH Hərbi Dəniz Qüvvələrinin dəstək gəmisi tərəfindən idarə edilib və yedəyə alınıb.
Bildirilir ki, Sepahın Hərbi Dəniz Qüvvələrinin ABŞ-ın sərnişinsiz katerinin idarə edilməsi və yedəklənməsi sahəsində vaxtında hərəkəti gəmi marşrutunun təhlükəsizliyini təmin etmək və son həftələrdə baş vermiş mümkün qəzanın qarşısını almaq məqsədi ilə həyata keçirilib.
Bunun ardınca bölgədə amerikan hərbi gəmilərinə xəbərdarlıq olunaraq, qayıq Sepaha aid dəstək gəmi komandirinin qərarı ilə buraxılıb.
Qeyd edək ki, son həftələrdə çoxlu sayda amerikan sərnişinsiz qayıqları Bəhreyndən beynəlxalq sulara və beynəlxalq gəmiçilik zolaqlarına daxil olaraq gəmilərin istifadəsi ilə bağlı protokolları pozublar, bu da gəmiçilik xətlərində problemlər yaradıb.
Balıqçı gəmiləri, ticarət gəmiləri, neft tankerləri və s.-dən daxil olan məlumatlara görə, indiyədək bu qayıqlarla bağlı bir neçə qəza baş verib və bu məsələ, ekipajın və ticarət gəmilərinin sahiblərinin narahatlığına səbəb olub.
Gəmiçilik xətlərinə hansı məqsədlə göndərildiyi hələ də məlum olmayan bu tip qayıqlar naviqasiya rabitəsinin kəsilməsi ehtimalı səbəbindən gözlənilməz dəniz qəzalarının mənbəyi ola bilər.
Maraqlıdır ki, ABŞ Hərbi Dəniz Qüvvələri bu hadisədən saxta Hollivud hekayəsi ilə çalışıb özünün bəzi uğursuzluqlarını ört-basdır etsin.