İran Qırmızı Dənizdə ABŞ-ın iki kəşfiyyat qayığını ələ keçirib
İran Ordusunun Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki kəşfiyyat qayığının ələ keçirilməsinin təfərrüatlarını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Qırmızı Dənizdə təhlükəsizliyinin bərpası, dəniz quldurluğu və dəniz terrorizmi ilə mübarizə missiyası zamanı İran Hərbi Dəniz Qüvvələrinin “Cəmaran” gəmisi beynəlxalq daşıma marşrutunda məlumatların toplanması üçün əraziyə buraxılan bir neçə kiçik amerikan sərnişinsiz qayığı aşkar edib və dəniz qəzasının baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülüb.
Lakin İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin gəmisi Qırmızı Dənizdə kursunu dəyişdikdən sonra yenidən digər qayıqlarla üzləşib. Onları dayandırdıqdan sonra adı çəkilən qayıqları sərbəst buraxıb və ABŞ tərəfinə bu tip davranışlara son qoymaq və qayıqların istiqamətini dəyişməklə bağlı xəbərdarlıq edib.
İran televiziyası xilasedici jiletlərdə olan dənizçilərin iki qayığı yoxladıqlarına, daha sonra onlardan birini dənizə atdıqlarına dair görüntüləri nümayiş etdirib.