Yəmənin təhlükəsizliyi Fars körfəzindəki sabitliyə birbaşa təsir göstərir
https://azeri.sahartv.ir/news/İran-i392833-yəmənin_təhlükəsizliyi_fars_körfəzindəki_sabitliyə_birbaşa_təsir_göstərir
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian BMT-nin Yəmən üzrə nümayəndəsi Hans Qrundberqi ilə görüşündə deyib: "Yəmənin sabitliyi və təhlükəsizliyi Fars körfəzinin sabitliyi və təhlükəsizliyinə birbaşa təsir edir".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 05, 2022 07:10 Asia/Baku
  • Yəmənin təhlükəsizliyi Fars körfəzindəki sabitliyə birbaşa təsir göstərir

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian BMT-nin Yəmən üzrə nümayəndəsi Hans Qrundberqi ilə görüşündə deyib: "Yəmənin sabitliyi və təhlükəsizliyi Fars körfəzinin sabitliyi və təhlükəsizliyinə birbaşa təsir edir".

SəhərAzəri-nın məlumatına görə, İranın xarici işlər naziri bu görüşdə Yəmənin gələcəyi ilə bağlı son qərar verənin bu ölkənin xalqı olduğuna işarə edərək, vurğulayıb: "İran İslam Respublikası böyük Yəmən xalqı üçün sülh, sabitlik və təhlükəsizlik istəyir və əmindir ki, sabitlik və bu ölkənin təhlükəsizliyi bütün regionun və Fars körfəzinin sabitliyinə və təhlükəsizliyinə birbaşa təsir göstərir".

Əmir Abdullahian vurğulayıb ki, Yəməndə mövcud vəziyyətin və atəşkəsin davam etdirilməsi bu məhrum xalqın üzərindən blokadanın qaldırılmasından asılıdır. 

O, vurğulayıb ki, çətin həyat sürən və dərman, yemək və içməli su kimi ilkin ehtiyaclara çıxışı olmayan 20 milyon yəmənli qadın, uşaq və kişinin taleyinə biganə qalmaq olmaz.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi də öz növbəsində İran İslam Respublikasının konstruktiv hərəkətlərinə görə minnətdarlığını bildirib və BMT-nin xüsusi nümayəndəsi kimi missiyasının əvvəlindən atəşkəsin yaradılmasına çalışdığına işarə edib.