Sen 06, 2022 19:32 Asia/Baku
  • Həmid Nuri
    Həmid Nuri

İsveçdə həbs olunaraq mühakimə olunan İran vətəndaşı Həmid Nuri ona qarşı ən ağır və insan haqlarına zidd təzyiqlərin gücləndiyini bildirib. O, mütaliə etmək və vəkillə əlaqə saxlamaq hüququndan məhrum edilib.

SəhərAzəri-nin məlumatına əsasən, dünən bir ay ailəsi ilə əlaqəsi tamamilə kəsdikdən sonra Nuriyə həyat yoldaşı ilə 10 dəqiqədən az danışmağa icazə verilib.

Tərcüməçinin iştirakı ilə və ciddi təhlükəsizlik yoxlamaları altında aparılan bu qısa telefon danışığında o, ona qarşı təzyiqlərin gücləndiyini, təkadamlıq kamerada saxlanmaqla yanaşı, bütün əlyazma və kitablarının oradan çıxarıldığını və hətta bir neçə gündür ki, mütaliə hüququndan məhrum edildiyini bildirib.

Nuri bu zəngdə onu da vurğulayıb ki, onun vəkillə əlaqəsi tamamilə kəsilib və onunla görüşmək və ya əlaqə saxlamaq şansı yoxdur.

İran vətəndaşı Həmid Nuri 9 noyabr 2019-cu il tarixində ailə məsələləri ilə bağlı araşdırma aparmaq üçün İsveçə gəldikdən sonra İsveç təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Nuri artıq üç ilə yaxındır ki, İsveçdə həbsxanadadır.

O, bu müddətdə təkadamlıq kamerada saxlanılmaqla yanaşı, vəkil seçmək, ailə üzvləri ilə əlaqə saxlamaq və ya onlarla görüşmək, qondarma şahidlərlə görüşmək və hətta sağlamlıq problemləri üçün həkimə müraciət etmək hüququndan məhrum edilib.

Nuri İsveç prokurorluğu tərəfindən 34 il əvvəl İranda baş verdiyi iddia edilən hadisələrdə əli olmaqda günahlandırılıb və bu işdə iddiaçılar daha çox münafiqlər terror qruplaşmasının üzvləridir.

Həmid Nurinin məhkəməsinin ilkin hökmü çıxarıldığı və hakimin ona İsveç qanunlarına görə, bir çox məhdudiyyətlərin aradan qaldırılacağına söz verdiyi halda, ömürlük həbs cəzası verildikdən sonra bu İran vətəndaşına qarşı məhdudiyyətlər qəribə şəkildə gücləndirilib.

Teqlər