İran gəncləri kuraş üzrə Asiya çempionatında ikinci olublar
https://azeri.sahartv.ir/news/İran-i392933-İran_gəncləri_kuraş_üzrə_asiya_çempionatında_ikinci_olublar
İranın kuraş komandası on müxtəlif medal əldə etməklə gənclərin Asiya çempionatında ikinci olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2022 06:39 Asia/Baku
  • kuraş
    kuraş

İranın kuraş komandası on müxtəlif medal əldə etməklə gənclərin Asiya çempionatında ikinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Çərşənbə axşamı günü səhər Tailandda başlanan gənclərin kuraş idman növü üzrə Asiya çempionatı çərşənbə günü axşam başa çatıb.

İran komandası oğlanlar və qızlar bölmələri daxil olmaqla bütövlükdə iki qızıl, dörd gümüş və dörd bürünc medal əldə edib.

Bu yarışlarda Özbəkistan birinci, Vyetnam isə üçüncü pillələrdə durublar.

Bir növ güləş sayılan kuraş, Mərkəzi Asiya ölkələri arasında rəvac tapmış idman növüdür.