İranın xarici işlər naziri:
Razılaşmanın nəticə verməsi üçün Amerika qaranlıq ifadələrdən çəkinməlidir
İranın xarici işlər naziri deyib: Amerika mətndə qaranlıq ifadələrdən istifadə etməkdən uzaq durmalıdır ki, razılaşma mümkün olan ən qısa zamanda nəticəyə çatmış olsun.
SəhərAzəri-nin məlumatına əsasən, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Çin Dövlət Şurasının üzvü və bu ölkənin xarici işlər naziri “Van İ” ilə telefon əlaqəsində onunla ikitərəfli, regional və beynəlxalq məsələlər, həmçinin sanksiyaların ləğvi müzakirələri ətrafında fikir mübadiləsi aparıb.
Əmir-Abdullahiyan və “Van İ”, İran xarici işlər nazirinin iqtisadi diplomatiya məsələləri üzrə müavininin son vaxtlar Pekində apardığı danışıqlara əsasən, strateji əməkdaşlıqlar üzrə əhatəli proqramın icrasının son vəziyyətini araşdırıblar.
İranın xarici işlər naziri əlavə edib: Biz hələ də yaxşı, güclü və dayanıqlı razılaşmaya nail olmaqda ciddiyik, amma Amerika mətndə qaranlıq ifadələrdən istifadə etməkdən uzaq durmalıdır ki, razılaşma mümkün olan ən qısa zamanda nəticəyə çatmış olsun.
Çinin xarici işlər naziri də bu telefon söhbətində Pekinin Tehran-Pekin əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
İki ölkənin bir çox regional və beynəlxalq məsələlərdə müştərək baxışına işarə edən “Van İ” İran tərəfinin Çinin Astana formatında iştirakına dəstək verməsini yüksək qiymətləndirib və ölkəsinin Suriyada sabitlik və asayişin bərqərarında fəal rol oynamağa hazır olduğunu bildirib.
Beynəlxalq səhnədə təkvektorluluğu rədd edib, İranın nüvə müzakirələrindəki məntiqli tələblərini himayə edən “Van İ” qanuni hüquqlara nailolmanı İranın haqqı adlandırıb.