Kənani: Sanksiya İranın təhlükəsizlik sisteminin xidmətlərinə kölgə sala bilməz
https://azeri.sahartv.ir/news/İran-i393008-kənani_sanksiya_İranın_təhlükəsizlik_sisteminin_xidmətlərinə_kölgə_sala_bilməz
Rəsmi Tehran ABŞ-ın İranın Kəşfiyyat Nazirliyinə davamlı sanksiyalarına münasibət bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2022 10:48 Asia/Baku
  • Kənani: Sanksiya İranın təhlükəsizlik sisteminin xidmətlərinə kölgə sala bilməz

Rəsmi Tehran ABŞ-ın İranın Kəşfiyyat Nazirliyinə davamlı sanksiyalarına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran ABŞ-ın ölkənin Kəşfiyyat Nazirliyinə davamlı sanksiyalarını faydasız addım kimi qiymətləndirib.

Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani açıqlama verib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Yeni qadağa, ABŞ-ın bizim Kəşfiyyat Nazirliyinə qarşı əvvəlki qeyri-qanuni sanksiya tədbirləri kimi, bu qurumun əzəmətli İran xalqının təhlükəsizliyinə xidmət etmək əzmini heç vaxt poza və ona xələl gətirə bilməyəcək.”

Qeyd edək ki, ABŞ Dövlət Xəzinədarlıq Departamenti ötən gün İranın bir fiziki şəxsi və dörd qurumuna sanksiya tətbiq etdiyini açıqlayıb. Onların içində İranın Kəşfiyyat Nazirliyi və onun rəhbəri də var.

Bu sanksiyalar ABŞ-la İran arasında nüvə sazişinin bərpası istiqamətində aparılan danışıqlar fonunda tətbiq edilir.