İran XİN: Sərhədlərdə hər hansı dəyişikliyin edilməsi yolverilməzdir
https://azeri.sahartv.ir/news/İran-i393083-İran_xİn_sərhədlərdə_hər_hansı_dəyişikliyin_edilməsi_yolverilməzdir
İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin artması ilə bağlı narahatlığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 13, 2022 06:30 Asia/Baku
  • İran XİN: Sərhədlərdə hər hansı dəyişikliyin edilməsi yolverilməzdir

İran İslam Respublikası Azərbaycan və Ermənistan arasında sərhəddə gərginliyin artması ilə bağlı narahatlığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında gərginliyin artması və sərhəd münaqişələrindən narahatlığını ifadə edərək, tərəfləri təmkinli olmağa və iki ölkə arasında mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinə çağırıb.

Nasir Kənani həmçinin İran İslam Respublikası adından Azərbaycan Respublikası və Ermənistan Respublikasının sərhədlərində hər hansı dəyişiklik edilməsinin yolverilməzliyini vurğulayıb.

İran İslam Respublikasının bu məsələ ilə bağlı prosesləri yaxından izlədiyini vurğulayan Kənani Azərbaycan Respublikası və Ermənistan Respublikasının bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmağın vacibliyini xatırladaraq, rəsmi Tehranın iki qonşu ölkə arasında mübahisələrin həllinə hər cür yardım etməyə hazır olduğunu bəyan edib.