Sen 14, 2022 11:09 Asia/Baku
  • Əmir-Abdullahiyan: Bölgədə geosiyasi dəyişikliklər qəbuledilməzdir

İran İslam Respublikasının xarici işlər naziri Azərbaycanla Ermənistan arasında son hərbi qarşıdurmaya münasibət bildirib

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan Azərbaycanla Ermənistanı regionda sabitliyi bərpa etməyə çağırıb və bölgədə geosiyasi dəyişikliklərin qəbuledilməz olduğunu bildirib.

İki ölkə arasında hərbi qarşıdurmanın da qəbuledilməz olduğunu deyən İran XİN rəhbəri ixtilafların siyasi və dinc yolla həllinə çağırıb.

Xatırladaq ki, sentyabrın 13-də İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi də yeni münaqişəyə münasibət bildirərkən demişdi ki, 

Cənubi Qafqaz regionunda yeni müharibə qəbuledilməzdir və İran hadisələri diqqətlə izləyir.

Cənab Rəisi bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməli olduğunu və İranın dövlətlərin ərazi bütövlüyü ilə bağlı mövqeyinin aydın olduğunu vurğulayıb.

Teqlər