Sen 18, 2022 12:18 Asia/Baku
  • Sərbəst güləş
    Sərbəst güləş

İranın sərbəst güləş komandası Serbiyada keçirilən 2022-ci il dünya çempionatının üçüncü gününün sonunda bir qızıl, iki gümüş, iki bürünc medal və doxsan beş xalla ikinci yerdə qərarlaşıb.

SəhərAzəri-nin məlumatına əsasən, Yeddi çəki dərəcəsində keçirilən yarışların sonunda Amerika komandası birinci yerdədir, İran isə ikincidir.

Şənbə günü, Serbiyanın Belqrad şəhərində keçirilən sərbəst güləş üzrə dünya çempionatının üç ikinci çəki dərəcəsi üzrə yarışlarının sonunda Kamran Qasımpur doxsan iki kiloqram çəki dərəcəsində qızıl, Yunis İmami isə yetmiş dörd kiloqram çəkidə bürünc medal qazanıblar.

İlk dörd çəki dərəcəsinə gəlincə isə, Məhəmməd Noxudi yetmiş doqquz və Həsən Yəzdani səksən altı kiloqram çəkilərdə gümüş, Əmir Hüseyn Zare isə yüz iyirmi beş kiloqram çəkidə bürünc medal qazanıblar.

Həmçinin Rza Ətri və Rəhman Əmuzad altmış bir və altmış beş kiloqram çəki dərəcələrində finala vəsiqə qazanıblar. Məhəmməd Hüseyn Məhəmmədiyan isə doxsan yeddi kiloqram çəkidə sıralama mərhələsinə yollanıbdır.

 

Teqlər