Sen 19, 2022 12:13 Asia/Baku
  • sərbəst güləş
    sərbəst güləş

İki qızıl, üç gümüş və iki bürünc medal və yüz əlli komanda xalı əldə edən İranın sərbəst güləş komandası Serbiyada keçirilən 2022-ci il dünya çempionatında ikinci yeri tutub.

SəhərAzəri-nin məlumatına əsasən, Sentyabrın on beşindən on səkkizinədək Serbiyanın Belqrad şəhərinin ev sahibliyi ilə keçirilən sərbəst güləş üzrə dünya çempionatı yarışlarının sonunda İran komandasının üzvləri Rəhman Əmuzad altmış beş, Kamran Qasimpour isə doxsan iki kiloqram çəki dərəcələrində qızıl medal qazanıblar.

Digər güləşçilərimiz Rza Ətri altmış bir, Məhəmməd Noxudi yetmiş doqquz və Həsən Yəzdani səksən altı kiloqram çəkilərdə gümüş, Yunis İmami yetmiş dörd, Əmir Hüseyn Zare isə yüz iyirmi beş kiloqram çəkilərdə bürünc medal qazanıblar.

Yarışların sonunda Amerika komandası birinci, Yaponiya komandası isə yetmiş xalla üçüncü olubdur.

 

Teqlər