İnqilab Rəhbəri bir qrup məhkumun əfvi və cəzasının yüngülləşdirilməsilə razılaşıblar
https://azeri.sahartv.ir/news/İran-i394024-İnqilab_rəhbəri_bir_qrup_məhkumun_əfvi_və_cəzasının_yüngülləşdirilməsilə_razılaşıblar
İslam İnqilabının Böyük Rəhbəri İslam Peyğəmbəri(s.ə.s) və İmam Cəfər Sadiq(ə)-ın mövludları münasibətilə bir qrup məhkumun əfvi və cəzasının yüngülləşdirilməsilə razılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2022 15:12 Asia/Baku
  • İnqilab Rəhbəri bir qrup məhkumun əfvi və cəzasının yüngülləşdirilməsilə razılaşıblar

İslam İnqilabının Böyük Rəhbəri İslam Peyğəmbəri(s.ə.s) və İmam Cəfər Sadiq(ə)-ın mövludları münasibətilə bir qrup məhkumun əfvi və cəzasının yüngülləşdirilməsilə razılaşıblar.

SəhərAzəri-nin məlumatına əsasən, rəbiüləvvəl ayının gəlib çatması və İslam Peyğəmbəri(s.ə.s) və İmam Cəfər Sadiq(ə)-ın mövludları münasibətilə İslam İnqilabının Böyük Rəhbəri ümumi və inqilab məhkəmələrində, həmçinin hökumət sanksiyaları təşkilatı və silahlı qüvvələrin məhkəm təşkilatında məhkum olunmuşların bir qrupunun əfvi və cəzasının yüngülləşdirilməsilə razılaşıblar.

İranın məhkəmə hakimiyyətinin sədri höccətülislam vəlmüslimin Qulamhüseyn Mohseni-Ejeyi Həzrət Ayətullahuzma Xameneiyə əlaqədar komissiyanın şəraitə uyğun bildiyi məhkumlardan 1862 nəfərin əfvi və cəzasının yüngülləşdirilməsi təklifini veribdir ki, bu təklif İslam İnqilabının Böyük Rəhbərinin razılığı ilə üzləşibdir.