İranın XİN rəhbəri Rusiyaya PUA-ların göndərilməsi xəbərinə münasibət bildirib
"Ukrayna müharibəsində istifadə məqsədilə heç bir silah satılmayıb"
Okt 16, 2022 09:53 Asia/Baku
İran İslam Respublikasının XİN rəhbəri Ukrayna müharibəsinə PUA-ların göndərilməsi xəbərinə münasibət bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan portuqaliyalı həmkarı ilə telefon danışığında deyib: “İran Ukrayna müharibəsində istifadə məqsədilə heç bir silah satmayıb və bundan sonra da satamayacaq.”
O əlavə edib ki, böhranın tərəflərindən hər hansı birinin silahlandırılması müharibənin müddətini uzadacaq.
Qeyd edək ki, bundan öncə Ukrayna prezidenti Volodimr Zelenski Rusiyanın ölkəyə İran PUA-ları ilə hücum etdiyini iddia etmişdi.
Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələlər, eləcə də ümumi maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.