İranın XİN başçısı təkzib etdi
Əmir-Abdullahiyan: Rusiyaya PUA satmamışıq
İranın xarici işlər naziri bəyan edib ki, Tehran Ukrayna ilə birgə PUA-ların Rusiyaya satılmasına dair iddiaları araşdırmağa hazırdır.
SəhərAzəri-nin məlumatına əsasən, Əmir-Abdullahiyan Asiya-Sakit Okean Xəbər Agentlikləri Birliyinin (OANA) sədri ilə görüşdə deyib: “Ukrayna tərəfi ilə birgə görüşlərdə PUA-ların satılması ilə bağlı xəbərləri araşdırmağa hazırıq.”
Onun sözlərinə görə, Rusiya və İran arasındakı əməkdaşlıq Ukraynadakı müharibədən asılı olmayaraq davam edəcək. İranın Rusiya ilə müxtəlif əməkdaşlıq əlaqələri var, o cümlədən müdafiə sahəsində. Əvvəllər Rusiyadan silah alıb qarşılığını verirdi, Ukrayna müharibəsi o zaman heç yox idi.
O əlavə edib: “Avropa İttifaqının xarici siyasət üzrə koordinatoru Jozep Borrell ilə telefon söhbətində mən İran və Ukrayna hərbi ekspertlərindən ibarət bir qrupun Ukrayna müharibəsində İran pilotsuz təyyarələrinin istifadəsi ilə bağlı iddiaların araşdırılmasına hazır olduğumu bildirdim.”