Paşinyan Tehranda rəsmi səfərdədir
Ermənistan baş naziri İran prezidenti ilə görüşüb
Noy 01, 2022 12:23 Asia/Baku
Ermənistanın baş naziri Nikol Paşinyan İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində prezident Seyid İbrahim Rəisi ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, Tehranın Sədabad sarayında Ermənistan baş nazirinin rəsmi qarşılanma mərasimi keçirilib.
Tərəflər, dövlət himnlərinin səsləndirilməsindən sonra ikitərəfli danışıqlara başlayıblar.
Bu səfər çərçivəsində İran və Ermənistan prezidentlərinin görüşündən başqa, iki ölkənin yüksək rütbəli nümayəndə heyətlərinin danışıqları və əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.