Noy 16, 2022 18:16 Asia/Baku
  • Eslami: Direktorlar Şurasının anti-İran qətnaməsi rədd edilir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri İrana qarşı maksimum təzyiqi və ittihamları dünya imperializmi və sionist rejimin aludəçiliyi adlandırıb və deyib: "Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının İrana qarşı yeni qətnamə layihəsi rədd edilir".

SəhərAzəri- "İRNA"nın məlumatına görə, Nazirlər Kabinetinin iclası çərçivəsində jurnalistlərə açıqlama verən Məhəmməd Eslami Beynəlxalq Atom Enerjisi Agentliyinin Direktorlar Şurasının iclasına və İrana qarşı qətnamə layihəsinə reaksiyada, əlavə edib: "Dünya imperializmi və sionist rejim tərəfindən İslam Respublikasına qarşı maksimum təzyiq və ittihamlar səsləndirmək onların təbiətinin bir hissəsidir, çünki onlar sanksiyalar tətbiq etməyə və bu dəbdən düşmüş siyasətə aludə olublar". 

Eslami qeyd edib ki, onlar bir qətnamə layihəsi hazırlayıblar və özlərinin də doğru olmadığını bildikləri və İran İslam Respublikasının da rədd etdiyi bəzi məsələləri qaldırıblar. İranın nüvə proqramını inkişaf etdirmək üçün təsdiq edilmiş, və müntəzəm və elan edilmiş proqramı var və həmin çərçivədə öz fəaliyyətlərini davam etdiri. 

"İranın Atom Enerjisi Təşkilatı ilə əlaqəli olan bütün iddialara və ittihamlara cavab verməkdir ki, artıq edilib" , - deyə İranın Atom Enerjisi Təşkilatının rəhbəri əlavə edib. 

Teqlər