Noy 24, 2022 18:31 Asia/Baku
  •  İranla bağlı xüsusi iclasının keçirilməsi siyasi fırıldaqçılıqdır

İran nümayəndəsi BMT-nin İnsan Haqları Şurasının İran mövzusunda xüsusi iclas keçirməsini siyasi fırıldaqçılıq kimi qiymətləndirib və tarix boyu insanlığa zidd çoxlu cinayətlər törətmiş dırnaqarası insan haqları qəhrəmanlarının başqalarına məsləhət vermək üçün mənəvi etibarının olmadığını bildirib.

BMT-nin İnsan Haqları Şurası cümə axşamı günü Cenevrədə İranda insan haqları vəziyyətini pisləmək və son iğtişaşlara dəstək vermək məqsədi ilə iclas keçirib. Bir çox qərb ölkələrinin İranın insan haqları siyasətini tənqid etməsinə baxmayaraq, bəzi ölkələr şuranı ikili standartlar yürütməkdə ittiham ediblər. 

Görüşün əvvəlində İran prezidentinin qadın və ailə məsələləri üzrə köməkçis Xədicə kərimi Qərb ölkələrinin insan haqlarından siyasi məqsədlər üçün istifadə etməsini utancverici adlandırıb və deyib: Almaniyanın İrandakı insan haqlarının vəziyyəti ilə bağlı siyasi motivli addımı gizli niyyətli mütəşəkkil bir plandır, lakin heç bir nəticə verməyəcək".

Kərimi əlavə edib: "Amerika rejiminin İrana qarşı birtərəfli sanksiyalar tətbiq etməsi və Avropa ölkələrinin, xüsusilə Almaniya, İngiltərə və Fransanın bu sərt sanksiyaları həyata keçirməsi səbəbindən İran xalqının hüquqları dırnaqarası insan haqları qəhrəmanları tərəfindən geniş şəkildə pozulduğu halda, İrandakı insan haqlarının vəziyyətindən narahatlıq ifadə etmək və xüsusi iclas keçirmək aldadıcı və fırıldaqçılıqdır". 

O, qeyd edib ki, bu gün İranla bağlı xüsusi iclasın keçirilməsinə səbəb olan insan haqları iddiaçıları İran xalqına qarşı qəddar sanksiyalar tətbiq etməklə, onların fundamental hüquqlarını, xüsusən də İranda qadın, qız və uşaqların hüquqlarını ciddi və kobud şəkildə pozurlar. Onlar bu cür qeyri-insani hərəkətlərlə İranda qadın, qız və uşaqların hüquqlarını dəstəklədiklərini iddia edə bilməzlər.

Görüşün davamında Çinin BMT-nin İnsan Haqları Şurasındakı səfiri və nümayəndəsi deyib: "İnsan haqları və İnsan Haqları Şurası ölkələrin daxili işlərinə qarışma vasitəsinə çevrilməməlidir".

Çin nümayəndəsi ölkəsinin İrana qarşı xüsusi iclasın keçirilməsini dəstəkləmədiyini bildirərək, əlavə edib: "İrana qarşı zalımcasına sanksiyalar bu ölkənin xalqına ciddi ziyan vurub və buna son qoyulmalıdır".

Venesuelanın daimi nümayəndəsi də Qərb ölkələrinin İnsan Haqları Şurasında İranla bağlı xüsusi iclasın keçirilməsini tələb etmələrini bu ölkələrin İnsan Haqları Şurasından öz siyasi məqsədləri üçün sui-istifadə etmələri ilə bağlı siyasi oyunbazlıqlarının davamı kimi xarakterizə edib. 

Kubanın səfiri və daimi nümayəndəsi isə İran əleyhinə xüsusi iclasın keçirilməsinə qarşı çıxaraq, deyib: "Bu iclasın keçirilməsi Qərb hökumətlərinin İnsan Haqları Şurasındakı ayrı-seçkilik davranışının digər bir nümunəsidir". 

Pakistan, Suriya, Nikaraqua, Şimali Koreya və Zimbabve nümayəndələri BMT-nin İnsan Haqları Şurasının daimi iclasında İrana qarşı sanksiyaların davam etdirilməsindən narahatlıq ifadə ediblər və bildiriblər ki, BMT-nin İnsan Haqları Şurasının İran mövzusu ilə xüsusi iclas keçirməsi qeyri-konstruktivdir və İnsan Haqları Şurasında vəziyyəti daha da mürəkkəbləşdirir. 

Teqlər