Yan 02, 2023 15:17 Asia/Baku
  • Şəhid Süleymani
    Şəhid Süleymani

General-leytenant Qasim Süleymaninin şəhadətinin ildönümü gəlib çatdı. Bu aliməqamlı şəhid insanların ürəyini fəth edən komandir kimi adını dünya hərb tarixinə qızıl hərflərlə yaza bilmişdir.

SəhərAzəri-nin məlumatına əsasən, Dünya şöhrətli iranlı sərkərdə general Qasim Süleymani və onunla birlikdə olan silahdaşları 2020-ci il yanvarın 3-də səhər saatlarında Bağdad Beynəlxalq Hava Limanını tərk edərkən ABŞ-ın pilotsuz təyyarələrinin hücumuna məruz qalaraq şəhid oldular. O gün milyonlarla müsəlman bu xəbəri ağır hüzn və kədərlə qarşıladı. Hətta qeyri-müsəlmanlar belə hadisəyə biganə qalmadı, öz kədərini ifadə etdi. Dunyanın məşhur ulduzları, siyasi -ictimai xadimlər bu böyük şəxsiyyətə hörmət və ehtiramlarını təşkil etdikləri anım mərasimlərində izhar etdilər.

Bəs milyonlarla insanın qəlbini fəth etmiş şəxsiyyət kim idi?

İranlı əfsanəvi sərkərdənin həyat dastanı həqiqi və ilahi eşqdən yaranmış bir dastandır. Onun hekayəsi həqiqi eşq hekayəsidir.

Qasim Süleymani bəşəriyyətin zərərli dəstələrinə aman vermədən müqavimətin nümunəsini yaşatdı, davam etdirdi və onu yeni zirvələrə ucaltdı.

Şəhadətindən üç il keçsə də, şəhid Süleymani əbədi olaraq qlobal zülm sisteminə qarşı mübarizənin simvolu kimi tanınır. Bu böyük şəhidin İslam dininin və dünya məzlumlarının şərəfi üçün hərəkət etməkdən başqa bir fikri yox idi. O, ömrünü imperializmə qarşı mübarizədə keçirdi.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nazilə Atakişiyeva Süleymani haqda belə yazır:

İnsanların böyük sevgisini qazanan, hələ sağ ikən qəlblərdə öz heykəlini ucaltmış Qasim Süleymani əfsanəvi sərkərdə kimi ad qazanmışdı.

Azərbaycanda bu dəyərli insanın şəhid olması böyük kədər və alçaq qatillərə qarşı sonsuz nifrət hissi ilə müşayət olundu.

Qasim Süleymani Azərbaycan Respublikasının xalqı, onun istəkləri, arzuları, qabilyyəti, potensialı haqda dəqiq biliyə sahib idi və ona görə də qətiyyət və inamla təklif etdi ki, xalqın dini inancına və "ləbbeyk ya Hüseyn(ə)" sədalarına söykənməklə, işğal olunmuş torpaqları asanlıqla geri almaq olar.

O, bizim üçün kim idi? Azadlıqsevərlərin sevimlisi, müsəlmanların fəxri, məzlumların müdafiəçisi, zalımların qənimi...

Mərhum şəhid Qasim Süleymani geniş kütlələrin rəğbətini paxlava-şəkərbura və dollar paylamaqla deyil, öz qəhrəman və mərd həyatı hesabına qazanmışdı. Dünyaya ağalıq etmək istəyən zalımlara baş əyməyən mərd döyüşçüyə xalq yalnız isti münasibət bəsləyib onun xatirəsini əziz tutur.

 

 

Teqlər