Yan 18, 2023 19:15 Asia/Baku
  • İrandan İngiltərəyə qətiyyətli cavab

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü İngiltərə başçılarının İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-a qarşı mənfi ifadələrinin nəticələri haqda xəbərdarlıq edib.

Əli Kərimi-Firuzcayi deyib: İngilislər İslam İnqilabı Keşikçiləri Korpusu qarşısındakı ağılsız siyasətlərini davam etdirməklə təhlükəli bir oyuna giriblər.

Sepah-ı İran İslam Respublikasının strateji orqanı adlandıran Kərimi-Firuzcayi əlavə edib: Sepah İranın təhlükəsizliyi və mühafizəsi üzrə qanuni bir təşkilatdır və ona qarşı hörmətsizlik qəbuledilməzdir.

İran İslam Şurası Məclisinin rəyasət heyətinin üzvü söyləyib: Sepah-ın İngiltərə tərəfindən terrorçu adlandırılması, bu ölkə üçün ziyanlı nəticələr gətirəcək və öz nəhs niyyətini həyata keçirəcəyi təqdirdə, İngiltərə, İran İslam Respublikasının qətiyyətli və dağıdıcı cavabı ilə üzləşəcək.

Sepah-ın son çaxnaşmalar zamanı İngiltərə casusluq xidmətilə bağlı şəbəkəyə vurduğu son zərbə və İran məhkəmə hakimiyyəti tərəfindən İngiltərənin gizli kəşfiyyat xidmətinin casusu Əlirza Əkbəriyə qarşı edam hökmünün icrası London başçılarını son dərəcə hiddətləndiribdir.

 

Teqlər