İranlı tələbələr Azərbaycan səfirliyində insidentlə bağlı başsağlığı veriblər
https://azeri.sahartv.ir/news/İran-i396888-İranlı_tələbələr_azərbaycan_səfirliyində_insidentlə_bağlı_başsağlığı_veriblər
Tehran universitetlərinin bir qrup tələbəsi Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına toplaşaraq, bu ölkə xalqına başsağlığı veriblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 28, 2023 10:40 Asia/Baku
  • İranlı tələbələr Azərbaycan səfirliyində insidentlə bağlı başsağlığı veriblər

Tehran universitetlərinin bir qrup tələbəsi Azərbaycanın Tehrandakı səfirliyinin qarşısına toplaşaraq, bu ölkə xalqına başsağlığı veriblər.

SəhərAzəri-nin məlumatına əsasən, ötən gecə Tehran universitetlərinin bir qrup tələbəsi Azərbaycan səfirliyi qarşısına gələrək, bu ölkə xalqına başsağlığı veriblər.

Bu tələbələr əllərində İran və Azərbaycan bayraqlarını tutaraq, səfirliyinin önünə gül çələngləri qoyublar və qurbanların xatirəsinə şam yandırıblar.

Onlar , səfirliyə edilmiş silahlı hücumu pisləyib, həlak olan səfirlik əməkdaşının ailəsinə və yaxınlarına və yaralananlara başsağlığı veriblər.