Fev 02, 2023 15:32 Asia/Baku
  • İranın Dəniz Qüvvələrinin Panama boğazındakı manevri ABŞ-ın kabusuna çevrilib

ABŞ-ın xarici işlər naziri İran Dəniz Qüvvələrinin yer kürəsinin qərb sahillərindəki planlı fəaliyyətinə reaksiya verərək, bildirib ki, Vaşinqton İran Dəniz Qüvvələrinin Panama boğazındakı missiyasını nəzarətdə saxlayır.

SəhərAzəri-nin məlumatına əsasən, respublikaçı Senator Marku Rubio "Fox News"a verdiyi müsahibədə İranın Qərb yarımkürəsində manevrindən narahatçılığını ifadə edərək, deyib: İranın hərbi qüvvələrinin Qərb yarımkürəsindəki fəaliyyət imkanları ABŞ üçün ciddi bir siqnaldır".

Florida ştatının nümayəndəsi Mariya Elvira Salazar isə deyib: "İran Venesuela, Nikaraqua və Kuba ölkələri ilə əlaqələrini quraraq qərb yarımkürəsində öz fəaliyyətini daha da genişləndirib".

Mariya Elvira İran gəmilərinin Braziliya sahillərində lövbər salmasına münasibət bildirərkən deyib: "İranlılar Qərb yarımkürəsi regionuna dərin nüfuz etməyə çalışırlar.

"Fox News" xəbər agentliyi iddia edib ki, İranının hərbi müdaxiləsi, Amerikanın həyati əhəmiyyət kəsb etdiyi Panama boğazındakı ticarət əlaqələrinə ciddi zərbə ola bilər.

Belə bir fikirlərin səsləndiyi bir halda, İran İslam Respublikası yüksək dəyanətlə çıxış edərək bildirb ki, tez bir zamanda öz hərbi donanmasının Panama boğazından keçirərək, Amerika və bütün dünyaya hərbi qüdrətini göstərəcəkdir. Bu isə, ABŞ-ın dövlət rəsmilərinin və dairələrinin ciddi narahatçılığına səbəb olub ki, onlar Panamaya təzyiqlər etməyə çalışırlar.

Bundan öncə İran Hərbi Dəniz Qüvvələrinin komandanı demişdi: "Ordumuzun Dəniz Donanması indiyədək dünyanın bütün strateji əhəmiyyət kəsb edən nöqtələrində fəaliyyət edib. Yalnız iki boğazda olammışıq ki, onlardan birində bu il olacağıq. Panama boğazında fəlaiyyətimizə hazırlıq işləri görməkdəyik. Dünya gəmi tranzitinin 16%-i məhz bu boğazın payına düşür".

 

 

Teqlər