Fev 04, 2023 11:38 Asia/Baku
  • N.Kənani: İkitərəfli münasibətlərə bundan artıq xələl gətirməyin!

İran Xarici İşlər Nazirliyinin sözçüsü Fransa prezidentinin sərsəm açıqlamasına cavab olaraq bu ölkənin rəsmilərinə ikitərəfli münasibətlərə daha çox zərər vurmamağı tövsiyə edib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bəzi Fransa rəsmilərinin qeyri-konstruktiv mövqelərinin təkrarlanması və İran əleyhinə bəyanatlarına cavab olaraq bunları bəyan edib.

Onun sözlərinə görə, mütəşəkkil terrorizm, zorakılıq və qətl kimi dəhşətli əməlləri ilə Qərbi Asiyada, o cümlədən Fələstində cinayət törədən İsrail rejimi qınanmağa layiqdir.

Kənani əlavə edib: “Fransa prezidenti İran İslam Respublikasının sülhməramlı nüvə fəaliyyətlərini tənqid edərkən, görünən odur ki, sionist rejimin onlarla nüvə başlığına malik olmaqla beynəlxalq qanunları pozduğunu, işğalçılıq, hərbi təcavüz, regional və beynəlxalq təhlükəsizliyə təhdid törətmək rekorduna malik olduğunu unudub”.

Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: “Fransa tərəfi İranın tamamilə Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında olan dinc nüvə fəaliyyətləri ilə bağlı süni narahatlıq ifadə etmək əvəzinə, terror dövlətinin nüvə silahını necə əldə etdiyi barədə dünyaya məlumat verməlidir”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Fransa hakimiyyətinə ikitərəfli münasibətlərə daha çox xələl gətirməmək üçün mövcud yersiz yanaşmanı düzəltməyi və qarşılıqlı hörmət prinsipinə qayıtmağı tövsiyə edib.

Qeyd edək ki, Fransa prezidenti Yelisey sarayında sionist rejimin baş naziri ilə görüşdən sonra İranın nüvə proqramına qarşı iddialarını təkrarlayıb.

 

Teqlər