Rəisi və Putin telefonla ikitərəfli əlaqələri müzakirə ediblər
https://azeri.sahartv.ir/news/İran-i397975-rəisi_və_putin_telefonla_ikitərəfli_əlaqələri_müzakirə_ediblər
İran prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 06, 2023 16:56 Asia/Baku
  • Rəisi və Putin telefonla ikitərəfli əlaqələri müzakirə ediblər

İran prezidenti Seyid İbrahim Rəisi bazar ertəsi rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə bazar ertəsi Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə, iki prezident İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətləri müzakirə ediblər.

 

"Hər iki tərəf İran və Rusiya arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyi barədə razılığa gəliblər. Həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub və onların araşdırılması qərara alınıb", - deyə Peskov bildirib.

Bundan əvvəl iki prezident telefon danışığı zamanı Suriyadakı vəziyyəti, nəqliyyat və enerji sahələrində əməkdaşlığı da müzakirə ediblər.