Ukraynanı iddiası haqda faktiki sənədlər təqdim etməyə təşviq edin
İran xarici işlər naziri Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi ilə telefon söhbətində deyib: Qərb İrana qarşı əsassız ittihamları təkrarlamaq yerinə, Ukraynanı iki ölkənin siyasi və hərbi heyətlərinin rəsmi yığıncaqlarında faktiki sənədlər təqdim/ və əsassız və təkrar ittihamları dialoqla əvəz etməyə etməyə təşviq etsin.
Biz Ukraynanın hazırkı durumunun kökü və İranın müharibə ilə müxalifəti haqda əvvəllər danışmışıq- deyə, Hüseyn Əmir-Abdullahiyan əlavə edib.
İran rəsmisi həmçinin Moskvaya qarşıdakı səfərində sülhün reallaşması məqsədli səylərin davam etdirilməsinə hazırlıqdan xəbər verib: Qərb İrana qarşı əsassız ittihamları təkrar etmək yerinə, Ukraynanı iki ölkənin siyasi və hərbi heyətlərinin rəsmi yığıncaqlarında faktiki sənədlər təqdim və əsassız və təkrar ittihamları rəsmi dialoqlarla əvəz etməyə təşviq etsin və görsün ki, İran müharibənin deyil, daima sülhün kənarındadır.
İran-MAQATE əlaqələri düzgün istiqamətdədir- deyən Əmir-Abdullahiyan xəbərləri olduğu kimi əks etdirmədiyinə və tvitti-nin məzmununa görə, Borreli tənqid edib.
Cozep Borrel də Vyana müzakirələrinin yekunlaşdırılması istiqamətində bir koordinator kimi öz səyinə və danışıqların nəticə verməsi üzrə real təşəbbüsə təkid edib.
O, Ukrayna məsələsinə də toxunub: Ukrayna müharibəsində İran pilotsuzu barədəki sözlərə rəğmən, regionda sülhün reallaşmasına yardım istiqamətindəki səylərinə görə, İrana təşəkkür edirəm.