Mart 21, 2023 14:18 Asia/Baku
  • İnqilab Rəhbəri yeni günəş ilini “inflyasiyanın aradan qaldırılması və istehsalın inkişafı” ili adlandırıblar

İslam İnqilabının Böyük Rəhbəri 1402-ci günəş ilinin başlanması münasibətilə verdikləri müraciətdə İran xalqını və novruzu qeyd edən bütün xalqları təbrik edib, bu ilin şüarını “inflyasiyanın aradan qaldırılması və istehsalın inkişafı”adlandırıblar.

SəhərAzəri-nin məlumatına əsasən, Həzrət Ayətullahuluzma Xamenei novruz müraciətinin əvvəlində təbiət baharının mənəviyyat baharına təsadüf etməsinə işarə ediblər. Bildiriblər ki, mübarək ramazan ayındakı mənəviyyat nəsimi hamının halına şamil olur və ürəklərimizi bu ilahi və ətrli nəsimin altında qərar verməliyik.

Ötən 1401-ci günəş ilinə ötəri nəzər salan İnqilab Rəhbəri həmin ili İslam İnqilabından sonrakı bütün illər kimi acı və şirin nəticələrlə müşayiət olunan bir il adlandırıblar. O həzrət iqtisadiyyat sektorunda yaxşı və konstruktiv işlərin gördüyünü də qeyd ediblər.

1401-ci günəş ilində ölkədə istehsala dəstəyə toxunan İnqilab Rəhbəri bir neçə min bağlanmış və yarıbağlanmış zavod və fabrikin işə salındığı və startap şirkətlərin sayının artdığını bildiriblər.

O həzrət ölkədə bəzi iqtisadi göstəricilərin artmasına işarə edib, bildiriblər ki, sığorta sektorunda göstəricilər yaxşıdır, həmçinin su, qaz, yol, ekologiya ilə bağlı sektorlarda yaxşı işlər görülübdür.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar ki, iqtisadi problemlər təkcə İrana aid deyil və demək olar ki, bütün ölkələr, o sıradan güclü və inkişaf etmiş iqtisadiyyata malik olan ölkələr də iqtisadi problemlərə düçar olub və hətta bankların iflasa uğraması və fövqəladə borclarla üzləşiblər.

Ölkənin cari ildəki əsas məsələsi də iqtisadiyyatdır. Əgər dövlət, məclis, iqtisadi fəallar, yüksək stimula malik gənc xalq qrupları xalqın problemlərinin həllinə səy göstərərlərsə, bir çox digər problem də həll olacaqdır- deyə, o həzrət vurğulayıblar.

Novruz müraciətinin sonunda Həzrət Bəqiyətallahuləzəm(əc)-ə hörmət ifadə edən İnqilab Rəhbəri Allah-Taalanın dərgahından İmam Xomeyni(r.ə)-in və şəhidlərin pak ruhu üçün yüksək dərəcələr diləyib, yeni ildə İran xalqına xoşbəxtlik, sevinc və novruz əhval-ruhiyyəsi arzu ediblər.

 

Teqlər