Mart 24, 2023 23:08 Asia/Baku
  • İran Fransa xalqının dinc aksiyasına divan tutulmasını pisləyib

İran xarici işlər naziri öz tələblərini təqib edən Fransa xalqının dinc aksiyasına divan tutulmasını pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan bunu bir tvittdə vurğulayıb.

İran xarici işlər naziri həmin tvittdə Fransa hökumətini insan hüquqları qaydalarına riayət etməyə və öz xalqına qarşı gücdən istifadə etməkdən çəkinməyə çağırıb.

Fransa xalqının Makron hökumətinin pensiya layihəsinə qarşı ümumölkə etirazları davam edir. Fransa hökumət mənbələrinin ən yeni statistikalarında aksiyalarda bir milyondan çox insanın iştirak etdiyi, həmçinin indiyədək bu etirazlarda yüz iyirmi üç polis zabitinin yaralandığı, səksən etirazçının isə həbs olunduğu qeyd edilir.

Aksiyalar zorakılıqla müşayiət olunub. Belə ki, Fransa polis qüvvələri etirazçılarla toqquşub və onları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Media mənbələri Bordo şəhər şurasının binası önündə yanğının baş verməsindən xəbər veriblər.

Frans-Press də bildiribdir ki. Paris küçələrində zibil qabları və qəzet köşkləri yandırılıbdır.

Fransa həmkarlar ittifaqları etirazçıları martın iyirmi səkkizində ümumölkə aksiyalarının onuncu etapında iştirak etməyə çağırıblar.

 

Teqlər