Mart 25, 2023 15:56 Asia/Baku
  • Sionist rejim və İngiltərənin regiondakı müsbət hadisələrə qəzəblənməsi təəccüblü deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejim və Britaniyanın baş nazirlərinin Londondakı görüşünə reaksiyada deyib: "Sionist rejim və İngiltərənin regiondakı müsbət hadisələrdən qəzəblənmələri təəccüblü deyil".

SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani şənbə günü sionist rejim və İngiltərənin baş nazirləri Benyamin Netanyahu və Rişi Sunakın görüşü ilə bağlı dərc olunan xəbərlərə cavab olaraq, deyib: "Bu iki rejimin qaranlıq keçmişini nəzərə alaraq və bölgənin müsbət inkişafların şahidi olduğu bir vəziyyətdə, bu ikisinin regional inkişaf prosesindən qəzəbli və narazı olması və bu tendensiyanı sarsıtmaq və məhv etmək səylərini görmək təəccüblü deyil".

Kənani əlavə edib: "Tarixin qalıcı ironiyalarından biri odur ki, biri başqa xalqın torpaqlarını qəsb etmək, gündəlik cinayətlər və uşaq qətliamları törətmək əsasında mövcud olan və nüvə silahı arsenalına malik olmasına baxmayaraq, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi NPT-yə qoşulmaqdan həyasızcasına imtina edən bir rejim, bölgənin hər yerində onun müharibə qızışdıran və fitnəkar siyasətini görmək mümkün olan başqa bir rejimlə birlikdə regionda sabitliyin lövbəri olan İran İslam Respublikasını həyasızcasına ittiham edir".

Kənani daha sonra Britaniya və sionist İsrail rejiminin baş nazirlərinin ittihamlarını pisləyib və deyib: "İran İslam Respublikası öz qonşuları ilə əlaqələrin daha da gücləndirilməsinin vacibliyini və region ölkələri tərəfindən kollektiv şəkildə ümumi təhlükəsizliyin təmin edilməsi zərurətini bir daha vurğulayır. Sionist rejimi dəstəkləyən ölkələrin bu rejimin gündəlik cinayətləri, insan haqlarının kobud şəkildə pozulması və beynəlxalq qanun və qaydaların açıq-aşkar pozulması ilə bağlı beynəlxalq məsuliyyətini bir daha xatırladır".

Yüzlərlə etirazçı sionist rejimin baş naziri Benyamin Netanyahunun Britaniyaya səfərinə etiraz etmək üçün bu ölkənin baş nazirinin binası qarşısında nümayiş keçirərək, "İsrailə ölüm" şüarı səsləndirib, Britaniya hökumətinin cinayətkar sionist rejimə dəstəyinə öz nifrətlərini bildiriblər. 

Teqlər