Aliməqam Rəhbər ehtiyacı olan məhbusların azad edilməsi üçün 1,5 milyard tümən bağışladı
İslam İnqilabının Aliməqam Rəhbəri ehtiyacı olan məhbusların azad edilməsi üçün 1,5 milyard tümən yardım edib.
SəhərAzəri-nin məlumatına əsasən, Müəzzəm Rəhbərin Ofisinin İnformasiya portalının məlumatına görə, borclarını ödəyə bilməyən məhbusların azadlığını təmin etmək üçün İranın Diyə qərargahı tərəfindən keçiriləcək 36-cı "Golrizan" festivalı ərəfəsində Həzrət Ayətullahül-üzma Xamenei Diyə təşkilatına 1,5 milyard tümən bağışlayıb.
Fars dilində "Golrizan" adlandırılan ianə festivalı ehtiyacı olan məhbusların azad edilməsi üçün pul toplamaq məqsədilə keçirilən ümummilli tədbirdir.
Təşkilat tərəfindən toplanan vəsaitlər, məhbusların bilmədən zərər vurduqları qurbana və ya qurbanın varislərinə Diyə və ya qan pulu ödəmək üçün istifadə olunur
Tədbir hər il müqəddəs Ramazan ayında Tehranda və İranın digər şəhərlərində bir qrup rəsmi və xeyriyyəçi insanların iştirakı ilə keçirilir.