İran Avrasiya İttifaqı və MDB ilə Anlaşma Memorandumu imzalayıb
https://azeri.sahartv.ir/news/İran-i399424-İran_avrasiya_İttifaqı_və_mdb_ilə_anlaşma_memorandumu_imzalayıb
Moskvada İranın Nəqliyyatın İnkişafı Fondu, Avrasiya Nəqliyyatı Əlaqələndirmə Şurası və Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi İnkişaf Mərkəzi arasında üçtərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
(last modified 2024-06-25T08:12:33+00:00 )
Apr 25, 2023 13:45 Asia/Baku
  • İran Avrasiya İttifaqı və MDB ilə Anlaşma Memorandumu imzalayıb

Moskvada İranın Nəqliyyatın İnkişafı Fondu, Avrasiya Nəqliyyatı Əlaqələndirmə Şurası və Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi İnkişaf Mərkəzi arasında üçtərəfli əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

SəhərAzəri-nin məlumatına görə, Bu Anlaşma Memorandumu İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali və Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zverev, həmçinin İran Nəqliyyatın İnkişafı Fondunun sədri, Biznes Mərkəzinin baş direktoru tərəfindən imzalanıb.

Bu Anlaşma Memorandumunun müddəalarına əsasən, imzalayan tərəflər beynəlxalq dəhlizlər, xüsusilə Şimal-Cənub dəhlizi boyunca ticarətin, tranzitin və malların saxlanmasının artırılması üçün bir-biri ilə əməkdaşlıq etməyi öhdələrinə götürmüşlər.