May 06, 2023 20:16 Asia/Baku
  • Tehran və Daşkənd parlament həmkarlığının genişləndirilməsinə təkid ediblər

İran İslam Şurası Məclisinin sədri və Özbəkistan qanunvericilik məclisinin spikeri iki ölkənin parlament həmkarlığının genişləndirilməsinə təkid ediblər.

SəhərAzəri-nin məlumatına görə, Məhəmməd Qalibaf bu gün Tehranda Nuruddin Can İsmayılovla birgə mətbuat konfransında deyib ki, İran İslam Şurası Məclisinin xarici siyasətinin prioriteti,/ islami ölkələr özəllik təşkil etməklə region və qonşu ölkələrlə əlaqələrdir.

Qalibaf əlavə edib: İranla Özbəkistan arasında/ xüsusən/ şimal-cənub istiqamətində tranzit, nəqliyyat, əlaqələrin genişlənməsi və iqtisadi məsələlər sahəsində əməkdaşlıq üçün/ olduqca yaxşı fürsətlər var.

Özbəkistan qanunvericilik məclisinin sədri də mətbuat konfransında bildirib ki, bu ölkənin prezidenti gələn ay İrana səfər edəcək. O, qeyd edib ki, son illər İran-Özbəkistan əlaqələri bütün sahələrdə genişlənibdir.

Nəqliyyat və tranzit sahələrində əlaqə və əməkdaşlıqların inkişafı böyük önəmə malikdir- deyə, Nuruddin Can İsmayılov vurğulayıb.

 

Teqlər