İyun 28, 2023 18:20 Asia/Baku
  • İslam İnqilabinin Aliməqamli Rəhbərinin Həcc müraciəti

Aliməqamlı Rəhbər: "Vəhdət" və "Mənəviyyat" təkəbbürün düşmənçiliyinə və təxribatına məruz qalır

Həcc mesajı

Bağışlayan və mehriban Allahın adı ilə

Aləmlərin Rəbbi olan Allaha həmd olsun və Allahın salavatı göndərilmişlərin ən böyüyü olan seçilmiş Məhəmmədə, onun pak ailəsinə və seçilmiş səhabələrinə olsun.

İbrahimin (ə) Həcc çağırışı və onun ümumdünya dəvəti növbəti dəfə tarixin qəlbindən bütün yer üzünü müxatəb qərar verdi və qəbul etməkdə hazır olan, zikr edən qəlbləri həvəsə və şövqə gətirdi. Dəvət edənin nidası bəşərin bütün fərdlərinədir: “Və insanları ümumi şəkildə Həccə çağır” və Kəbə evi bütün müsəlmanlar üçün mübarək bir mizban və yol göstərəndir: “Şübhəsiz, insanlar üçün təməli qoyulmuş ilk ev, həmin Məkkədəkidir ki, o, xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir”.

 

Kəbə bütün müsəlman fərdlərin diqqətlərinin yönəldiyi əsas mehvər və mərkəzi bir nöqtə ünvanında, həmçinin Həcc mərasimi dünyanın müxtəlif yerlərinə yayılmış o genişlikdə olan İslam aləminin kiçik bir nümunəsi olaraq bəşər cəmiyyətinin tərəqqisinə və bütün insanların əmniyyət və sağlamlığına xidmət edə bilər. Həcc bütün bəşəriyyəti ruhi, mənəvi və əxlaqi ucalığa çatdıra bilər, bu isə bugünkü bəşərin həyati ehtiyacıdır.

Həcc hegemonların və sionizmin bu gün və sabahın insanlarının əxlaqını tənəzzül etdirməkdən ötrü cızdığı bütün proqramları puça çıxara və təsirsiz edə bilər. Bu qlobal təsir etmənin lazımi şərti budur ki, müsalmanlar ilk növbədə Həccin həyat bəxş edən xitabını düzgün şəkildə eşitsin və buna əməl etmək üçün bütün əzmlərini ortaya qoysunlar.

Bu xitabın əsas iki sütunu vəhdət və mənəviyyatdır. Vəhdət və mənəviyyat İslam dünyasının tərəqqisinin qarantısı və onu bütün yer üzündə nurlandırandır. Vəhdət fikri və əməli cəhətdən rabitə, qəlblərin, düşüncələrin və mövqe tutmaların yaxınlaşması, bir-birilərinin elm və təcrübələrindən qarşılıqlı şəkildə bəhrələnməkdir. Vəhdət İslam ölkələrinin möhkəm iqtisadi bağlılığı, müsəlman dövlətlərin əməkdaşlıq və bir-birilərinə etimadları, açıq-aşkar və müştərək düşmən qarşısında əməkdaşlıq mənasındadır. Vəhdət bu mənadadır ki, düşmən öz (əvvəlcədən) hazırlanmış planları ilə İslam dünyasının müxtəlif firqə, millət, irq, dil və mədəniyyətlərini bir-birilərinin müqabilində qoya bilməsin.

 

Vəhdət o deməkdir ki, müsəlman xalqlar bir-birini düşmənin fitnə-fəsadı ilə deyil, ünsiyyət, dialoq və get-gəl yolu ilə tanısınlar. Bir-birilərinin imkanlarından xəbərdar olsunlar və o imkanlardan yararlanmaqdan ötrü proqram hazırlasınlar.

Vəhdət o deməkdir ki, İslam dünyasının alimləri və universitetləri əl-ələ versinlər, İslam məzhəblərinin alimləri bir-birilərinə xoş niyyət, güzəşt və insafla baxmalı, bir-birilərinin sözlərinə qulaq asmalıdırlar.

 

Hər ölkədə, hər dində cəmiyyətin seçilmiş insanları xalqın bütün üzvlərini bir-birinin (digər xalqların) müştərək cəhətləri ilə tanış etməli, onları birgə yaşamağa, qardaşlığa təşviq etməlidirlər.

 

Vəhdət həm də o deməkdir ki, İslam ölkələrində olan siyasi və mədəni lokomotivlər özlərini həmahəng şəkildə gələcək dünya nizamının şəraitinə hazırlasınlar və İslam ümmətinin fürsətlər və təhdidlərlə dolu olan yeni dünya təcrübəsində layiqli yerini öz əlləri və öz iradələri ilə müəyyən etməlidirlər. Birinci Dünya müharibəsindən sonra Qərb hökumətlərinin əli ilə Qərbi Asiyanın siyasi və ərazi mühəndisliyinin acı təcrübəsinin təkrarlanmasına imkan verməyin. Mənəviyyat dini əxlaqın təbliği deməkdir. Qərb fikir mənbələrinin uzun müddət təbliğ etdiyi dindən kənar əxlaq ovsunlaması bütün dünyada hər kəsin şahidi olduğu Qərbdəki bu hədsiz mənəvi çöküşün nəticəsidir. Mənəviyyat və əxlaqı Həcc ayinlərindən, ehramdakı sadə həyatdan, illüziya imtiyazları inkar etməkdən, həmçinin ayələrdə deyildiyi kimi, “Çox ehtiyac içində olan yoxsula da yedirdin”, “Həcci özünə vacib edən (bilməlidir ki,) Həcdə qadınlarla yaxınlıq, günah və mübahisə etmək (icazələri) yoxdur”, bütün ümmətin hamısının tohid ətrafında hərəkətindən, şeytanın daşlanmasından və müşriklərdən bezarlıqdan öyrənmək lazımdır.

 

Həcci yerinə yetirən qardaş və bacılar! Həcc fürsətindən istifadə edərək bu bənzərsiz vacibin sirləri üzərində dərindən düşünüb təfəkkür edin və onu bütün ömrünüzün azuqəsi qərar verin.

 

Bu zaman kəsimində vəhdət və mənəviyyat keçmişdən daha çox hegemoniyanın və sionizmin düşmənçiliyinə və işi əngəlləməsinə məruz qalmışdır.

Amerika və digər hegemon qütblər müsəlmanların vəhdəti, müsəlman millət, ölkə və dövlətlərin qarşılıqlı anlaşmaya gəlməsi, həmçinin bu millətilərin dindar və şəriətə əməl edən cavan nəsilləri ilə şiddətli şəkildə müxalifdirlər və əllərindən gələn hər vasitə ilə onlarla mübarizə aparırlar. Bizim və bütün dövlət və millətlərin vəzifəsi amerikalıların və sionizmin xəbis planları müqabilində müqavimət göstərməkdir.

Alim və qadir olan Allahdan kömək istəyin. Özünüzdə müşriklərə qarşı bəraət (bezarlıq) ruhiyyəsini gücləndirin və öz yaşayışınızda müşriklərə qarşı bəraət ruhiyyəsini yaymaq və dərinləşdirməyi özünüzə vəzifə bilin.

Hamınız üçün tövfiq, o cümlədən qəbul olunmuş və təqdirə layiq bir Həcci siz iranlı və qeyri-iranlı hacılar üçün Allah təaladan diləyirəm və Həzrət Bəqiyyətullahın qəbul olunmuş duasının hamınızın halına şamil olmasını istəyirəm.

 

Allahın salamı və rəhməti üzərinizə olsun

 

Seyyid Əli Xamenei

06.12.1444 (h.q)

25.06.2023

Teqlər