İyul 05, 2023 20:32 Asia/Baku
  • Qondarma İsrail rejimi bölgənin və dünyanın sülh və təhlükəsizliyinə qarşı ən böyük təhdiddir

Qondarma İsrail rejiminin kütləvi qırğın silahları bölgənin və dünyanın sülh və təhlükəsizliyinə qarşı təhdidddir

SəhərAzəri-nin məlumatına əsasən, Əmir Əbdüllahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısındakı çıxışında deyib ki, qondarma İsrail rejiminin bölgənin və dünyanın sülh və təhlükəsizliyinə qarşı kütləvi qırğın silahları təhdidindən əlavə, bu aparteid rejiminin fələstinlilərə qarşı ardıcıl zorakılığı, o cümlədən qadın və uşaqların vəhşicəsinə öldürülməsi, evlərin dağıdılması, Məscidül-Əqsanın təhqir edilməsi hələ də davam edir. Bu rejimin Cenindəki son vəhşi hücumlarını şiddətlə qınayır və beynəlxalq ictimaiyyətdən bu rejimə qarşı ciddi reaksiya verməsini istəyirik. Şübhəsiz ki, bəzi ölkələrin bu rejimlə münasibətlərinin normallaşması regionda sabitliyin pozulması, Fələstin xalqının və İslam dünyasının amalından üz döndərməsinin nəticəsidir. Qondarma İsrail rejiminin bölgədəki hərbi hücumlarına dərhal son qoyulmalıdır.

 

Teqlər