Əmir Abdullahian Ər-Riyada rəsmi səfər edib
İranın xarici işlər naziri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ölkə rəsmiləri tərəfindən qarşılanıb.
Xatırladaq ki, İran və Səudiyyə Ərəbistanı arasında Pekində keçirilən danışıqlarda iki ölkə 7 ildən sonra 2023-cü il martın 10-da diplomatik əlaqələrin bərpası barədə razılığa gəlib.
Bununla bağlı verilmiş məlumata görə, İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanın rəsmi dəvəti ilə bu gün cümə axşamı Səudiyyə Ərəbistanına rəsmi səfəri baş tutub. Əmir Abdullahianın bu səfəri Səudiyyə Ərəbistanının xarici işlər naziri və bu ölkənin bəzi digər yüksək rütbəli rəsmiləri tərəfindən isti qarşılanıb.
İranın xarici işlər naziri səfər zamanı Səudiyyə Ərəbistanı rəhbərliyi ilə ikitərəfli məsələləri, İslam dünyasının problemlərini və beynəlxalq məsələləri müzakirəsi səfərin gündəliyindədir.
Qeyd edək ki, İranın xarici işlər nazirinin bu səfəri İslam Respublikasının Ər-Riyaddakı səfiri Əlirza İnayətinin rəsmi işə başlaması ilə bərabər baş tutub.