Sen 29, 2023 18:40 Asia/Baku
  • Tehran xətibi İslam cəmiyyətində birliyi gücləndirməyə çağırır

Tehranın imam cüməsi müsəlmanların birliyinin zəruriliyini vurğulayıb.

Tehranın müvəqqəti imam cüməsi bu həftəki cümə namazında deyib ki, İngiltərə və ABŞ bədbinlik və təfriqə müharibəsi yaradaraq, İslam məzhəbləri və ölkələri arasında parçalanma və təfriqə yaratmağa çalışırlar.

Höccətül-İslam Sediqqi söhbətlərinin başqa bir hissəsində Müqəddəs Müdafiə həftəsini təbrik edərək, əlavə edib: "Cəbhə və Müqəddəs Müdafiə Vəliyyi-Fəqihin mövqeyini və onun dünyanın digər liderlərindən fərqini bütün dünyaya göstərdi".

Tehranın müvəqqəti imam cüməsi prezident Seyid İbrahim Rəisinin BMT Baş Assambleyasındakı çıxışına toxunaraq, deyib: "Quran sivilizasiya quran, insanı kamilləşdirən kitab və birlik mənbəyidir və prezident onu bir işıq və bayraq kimi Birləşmiş Millətlər Təşkilatında əlində tutdu və yuxarı qaldırdı".

Höccətül-İslam Seddiqi Nur peykinin orbitə çıxarılmasına işarə edərək, deyib: "Bu hərəkət İslami İranın şərəf dəftərində yeni qızıl vərəqdir".

Tehran xətibi, həmçinin çıxışının başqa bir hissəsində İranın təhlükəsizlik qüvvələrinin ölkədə onlarla bomba və terror əməliyyatlarını zərərsizləşdirmək səylərini yüksək qiymətləndirib.

Teqlər