Okt 17, 2023 13:48 Asia/Baku
  • Müqavimət qrupları qərarçıxarmada müstəqildirlər

Müqavimət qrupları müəyyənetmə və qərarçıxarmada müstəqildirlər. Bunu, İran prezidenti deyib. Vurğulayıb ki, sionistlərin təcavüzləri qarşısında müqavimət qrupları tərəfindən hər hansı addımın atılması hamı tərəfindən təsdiq olunmalıdır.

Vladimir Putinlə telefonla söhbət edən Seyid İbrahim Rəisi/ Rusiya prezidentinin/ İranın/ döyüşlərin dayandırılması və müqavimət qruplarının siyasi prosesdə iştirakına dair təklifinə cavabda deyib: Fələstinə dəstək, İran İslam Respublikasının xarici siyasətinin prioritetidir, amma müqavimət qrupları/ qərarı müəyyən və qəbul etməkdə müstəqildirlər.

Rusiyanın/ sionist rejimin Qəzzədə törətdiyi soyqırımı və hərbi cinayətləri pisləmək üzrə mövqeyini müsbət dəyərləndirən Rəisi əlavə edib: İran/ BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan Rusiya da daxil olmaqla bütün ölkələr və beynəlxalq təşkilatların sionist rejimin hərbi cinayətlərinin durdurulması sahəsində daha təsirli rol oynayacaqlarını gözləyir.

Sionist rejim başçıları son hadisələrin kökünü xarici dəlillərə bağlamağa çalışırlar- deyən Rəisi söyləyib: Bu hadisələrin kökünü/ Fələstin xalqının müqəddəslərinə və Fələstin sakinlərinə qarşı yetmiş beş il zülm, cinayət, aparteid, qırğın və hörmətsizlikdə axtarmaq lazımdır.

İran prezidenti həmçinin Qərb ölkələrinin, xüsusən Amerikanın sionist rejimə kor-koranə dəstək vermələrinin/ Qəzzədə soyqırımını davam etdirmələri və şiddətləndirmələri üçün sionistləri təşviq etdiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin də bildiribdir ki, Moskvanın/ Qəzzədəki hazırkı böhranın başvermə dəlilləri barədəki təhlili Tehranla eynidir.

O, əlavə edib: Sionist rejimin iki milyondan çox müdafiəsiz insanın yaşadığı sıx bir bölgəyə qarşı geniş hücumlarının heç bir əsası yoxdur və bu hücumlar tez bir zamanda dayandırılmalıdır.

 

 

Teqlər