İran dövləti və xalqı Qəzzə əhalisinin dərdinə - kədərinə şərik çıxır
https://azeri.sahartv.ir/news/İran-i404547-İran_dövləti_və_xalqı_qəzzə_əhalisinin_dərdinə_kədərinə_şərik_çıxır
Ölkədə ümumi matəm elan edilib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2023 06:34 Asia/Baku
  • İran dövləti və xalqı Qəzzə əhalisinin dərdinə - kədərinə şərik çıxır

Ölkədə ümumi matəm elan edilib

Sionist rejimin Qəzzə xəstəxanasında törətdiyi cinayətə görə bu gün oktyabrın 18-i İran İslam Respublikasında ümumi matəm elan edilib.

İRNA xəbər verir: İran İslam Respublikası hökuməti sionist rejimin hərbi cinayətləri və Qəzzə xəstəxanasına vəhşicəsinə hücumundan sonra bu qərarı qəbul edib.

Məlumatda bildirilir ki, sionist işğalçı rejimin müharibə cinayəti törətməsi, Qəzzədə xəstəxanaya vəhşicəsinə hücumu, məzlum xalqın soyqırımı və yüzlərlə günahsız kişi, qadın və uşağın öldürülməsindən sonra İran İslam Respublikası hökuməti bu dəlicəsinə vəhşiliyi pisləyərək, çərşənbə günü ölkə daxilində ümumi matəm günü elan etmişdir.