Əmir Abdullahian azərbaycanlı həmkarı ilə Cəddədə görüşdü
https://azeri.sahartv.ir/news/İran-i404642-Əmir_abdullahian_azərbaycanlı_həmkarı_ilə_cəddədə_görüşdü
Oktyabr 18-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclası çərçivəsində görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2023 16:27 Asia/Baku
  • Əmir Abdullahian azərbaycanlı həmkarı ilə Cəddədə görüşdü

Oktyabr 18-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçirilən növbədənkənar iclası çərçivəsində görüşüb.

Verilmiş məlumata görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, çoxtərəfli regional əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.