Ş.Azərbaycan valisi:
İranla Azərbaycan arasında ticarət artıb
İranın Şərqi Azərbaycan əyalətinin valisi Abidin Xürrəm Təbrizdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Dünən baş tutan görüşdə Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm İranla Azərbaycan Respublikası arasındakı münasibətlərin möhkəmləndirilməsində Ş.Azərbaycan vilayətinin öncül rol oynadığını xatırladıb.
Xürrəm regiondan kənar cərəyanların iki qardaş, müsəlman və qonşu ölkənin əlaqələrində təxribatlara cəhd göstərdiklərini xatırladıb ancaq onlarn məkirli planlarının puça çıxacağını vurğulayıb.
Ş.Azərbaycan valisi İran ilə Azərbaycan Respublikası arasında tarixi,mədəni və dini ortaqlıqları diqqətə çəkərək bu amillərin iki ölkə münasibətlərinin inkişafına və əcnəbilərin regiondakı nüfuzu ilə qarşılaşmağa zəmin yaratdığını deyib.
Abdin Xürrəm cari ildə qarşılıqlı əlaqələrdə, ticarət və transit göstəricilərinin artdığını bildirib. Xürrəm “Xudafərin” və “Qızqalası” su bəndlərini “dostluq bəndləri” adlandırıb:
“Biz iki ölkə prezidentinin iştirakı ilə “Xudafərin” və “Qız qalası” su bəndlərini İran və Azərbaycan arasında dostluq bəndləri kimi açmağa çalışırıq”,- Ş.Azərbaycan vilayətinin valise deyib.
Görüşdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbs Musəvi İran və Azərbaycan Prezidentlərinin tutduqları mövqeyə diqqət çəkərək bu mövqelərin münasibətlərin dərinləşməsində yaxşı addımlar olduğunu deyib:
“Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə Azərbaycan Respublikasının ərazisinə birləşdirilməsinə dair razılaşma Azərbaycan hökumətinin və xalqının İrana olan etimadının göstəricisidir”, - Abbas Musəvi deyib.