Köksüz sionist rejimin dağılmasına az qalıb
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı deyib: Siyasi dərrakəsi olmayan Amerika, dağılması hər bir baxışdan çox yaxın olan köksüz sionist rejimin qorunması və yaşaması üçün ağır iqtisadi, siyasi və təhlükəsizlik xərcləri çəkibdir.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-leytenant pasdar Hüseyn Salami, Tehranda Qüds Günü üzrə cümə namazı xütbələrindən öncəki çıxışında vurğulayıb: Sionist rejim törətdiyi fitnələrin şərindən qaça bilməz. Biz xəbərdarlıq edirik: Heç bir düşməndən müqəddəs quruluşumuz barədə heç bir əməl/ cavabsız qalmayacaq. İran xalqının hünəri, imperiyaların qüdrətini sındırmaq və iman həqiqətinin qələbəsini sübut etməkdir.
General-leytenant Salami əlavə edib: Bu gün sionist rejimin Amerika tərəfindən himayə edilən cinayətləri/ Amerikanı beynəlxalq, xüsusən İslam Dünyasının nifrət mərkəzində qərar verib. Amma Amerika bu rejimi buraxmağa hazır deyildir. Sionist rejim Amerikanın süni tənəffüsü ilə bu gün diridir və Qərbin bu süni tənəffüs aparatının sionist rejimin burnundan götürüləcəyi zaman, bu rejim vegetativ həyata başlayacaq,/ uçulub töküləcəkdir və buna az qalıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı sonda deyib: Sionistləri xilas etmək üçün bir yol yoxdur və fələstinlilər tərəfindən işğal olunmuş ərazilərdə müharibə və həyat birləşəcəkdir. Sionistlər müharibə ilə həyatdan birini seçə bilməzlər və çarələri, təslim olmaqdır ki, bunu da görəcəyik.