Apr 10, 2024 19:26 Asia/Baku
  • Kənani: Cənubi Qafqaz geosiyasi rəqabətlər meydanına çevrilməməlidir

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: "Tehran bu qənaətdədir ki, Cənubi Qafqaz geosiyasi rəqabətlər meydanına çevrilməməlidir".

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu yaxınlarda Brüsseldə Ermənistan, ABŞ və Avropa İttifaqı arasında keçirilən üçtərəfli görüşlə bağlı qaldırılan suala cavab olaraq, Qafqazda sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlığın vacibliyini vurğulayıb.

Kənani vurğulayıb ki, iqtisadi əməkdaşlığın gücləndirilməsi və kommunikasiyaların genişləndirilməsi Qafqaz regionunda sülhün, sabitliyin və iqtisadi inkişafın bərqərar olmasında təsirli rol oynayır və bu baxımdan regional strukturların, o cümlədən 3+3 məsləhətləşmə mexanizminin imkanlarından mübahisələrin dinc yolla həlli, sülh və sabitliyin möhkəmləndirilməsi, eyni zamanda qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın gücləndirilməsi üçün istifadə etmək zəruridir". 

Teqlər