Rəisi: “Müqavimət liderləri və onların xalqları fədakar öndərlərdir”
“Müqavimət liderləri öz xalqları ilə birgə fədakarcasına Qüds Şərifin azad edilməsində ön sırada dayanır”- İran prezidenti Seyid İbrahim Rəisi Həmas liderinin əziz ailə üzvlərinin şəhadəti üçün başsağlığı verərkən deyib.
Prezident Seyid İbrahim Rəisi Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi rəhbəri İsmayıl Həniə ilə telefon danışığında qəddar sionist rejimin Qəzzənin əş-Şatiyə məntəqəsinə hücumunda Hərəkat liderininin övladları və nəvələrinin şəhadətinə başsağlığı verərək bu qanlı cinayəti rejimin vəhşiliyinin, onun körpə qatilli mahiyyətinin, müqavimət cəbhəsi qarşısında acizliyinin, bohran və məğlubiyyət içərisində qalmasının əlaməti olduğunu vurğulayıb.
“İnsan haqları iddiaçıları bu cür cinayətlərə susmaqla və qorxaqcasına dəstək verməklə bu mənfur rejimin şərikləridir”- Prezident Rəisi əlavə edib.
İran Prezidenti HƏMAS liderinin bu ağır imtahanında göstərdiyi səbr və fədakarlığı yüksək dəyərləndirərək, Müqavimət liderlərinin öz xalqları ilə birgə fədakarcasına Qüds Şərifin azad edilməsində ön cəbhədə dayandığını qeyd etmiş və Uca Allahdan bu şəhidlərin ali məqama yüksəlməsini, Fələstin xalqının parlaq müqaviməti yolunda və müqəddəs Qüdsün amalları və azadlığı uğrunda atdığı addımlarda daha da möhkəm dayanmasını diləyib.
Hərkat lideri İsmayıl Həniə bu telefon danışığında İran İslam Respublikası Prezidentinin rəğbətini yüksək qiymətləndirərək, tökülən bu qanların xalqın ümid, gələcək və azadlığının qazanılması, uca amallar və milli kimliyinin qorunması yolunda olduğunu deyib.
“ Sionist cinayətkar düşmən müqavimət liderlərinin övladlarını hədəfə almaqla bizim qətiyyətli mövqemizi və xalqın güclü iradəsini sındıra biləcəyini zənn edir. Bəlkə əksinə bu qanlar bizi müqavimət yolunda daha möhkəm dayanmağımıza səbəb olur”-Həmas lideri söhbətində əlavə edib.
HƏMAS lideri sonda bəyan edib ki, biz Qüds-Şərif və Məscidül-Əqsanı azad etmək yolunda tərəddüd etməyəcək və geri çəkilməyəcəyik.
Övladlarım və nəvələrimin qanı Qüds Şərifin və Məscidül-Əqsanın azadlığı yolunda qurbandır.