Apr 12, 2024 14:32 Asia/Baku
  • Vilayəti: Amerikanın Cənubi Qafqazda planı gərginlik yaratmaq, sonra isə hərbi mövcudluqdur

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib: "Amerikanın Cənubi Qafqazdakı planı gərginlik yaratmaqdan və bununla da hərbi mövcudluğa yol açmaqdan başqa bir şey deyil".

Vilayəti "Əl-Məyadin" kanalına verdiyi müsahibədə bildirib ki, son günlərdə Avropa Birliyi və ABŞ NATO çərçivəsində Brüsseldə bir araya gələrək, Cənubi Qafqaz regionuna müdaxilə və qeyri-qanuni işğal üçün yeni planın hazırlanması ilə bağlı yeni qərar qəbul ediblər və açıq şəkildə bəyan ediblər ki, dünyanın bu çox həssas bölgəsinə müdaxilə etmək istəyirlər və məqsədlərinin zahirən  sülhün yaradılmasına kömək etmək olduğunu bildiriblər. 

Ali Məqamlı Rəhbərin müşaviri daha sonra vurğulayıb: Halbuki, bu cür hərəkətlər onun göstərir ki, bu pis keçmişi olan silsilənin “dünyanın həssas yerlərində gərginlik yaratmağa yol açmaq və regionun təhlükəsizliyi və ölkələrinin müstəqilliyinin məhvi bahasına hərbi iştirak üçün bəhanə əldə etmək”dən başqa heç bir məqsədləri yoxdur.

Vilayəti deyib: "Cənubi Qafqaz İranın təhlükəsizlik zonasının mühüm hissəsidir və buna görə də İran həmişə bu regiondakı bütün ölkələrin təhlükəsizliyini və müstəqilliyini və onların ərazi bütövlüyünü müdafiə edəcək və Avropa Birliyi, NATO və Amerikanın Brüsseldə qəbul etdiyi bu son qərar heç bir halda həyata keçirilməyəcək".

Vilayəti əlavə edib: "Biz Zəngzur dəhlizinin açılmasına qarşı durduğumuz kimi, oxşar nəticəyə malik istənilən başqa plana qarşı da dayanacağıq və hələ də 3+3 düsturunun Cənubi Qafqazın gələcək problemlərinin ideal həlli olduğuna inanırıq. İran İslam Respublikasının Azərbaycan və Ermənistanla uzun və tarixi əlaqələri var. Bu iki qonşu ölkənin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanması çox vacibdir". 

"Biz açıq şəkildə xəbərdarlıq edirik ki, İran İslam Respublikası “İranın təhlükəsizliyinə xələl gətirmək niyyətində olan heç bir ölkə, təşkilat və ya ittifaqın bu cür hərəkətlərinə icazə verməyəcək və tam gücü ilə özünü,  ərazilərinin bütövlüyünü və təhlükəsizliyini müdafiə edəcək", - deyə o, qeyd edib.