Əmir Abdullahian Britaniya, Almaniya və Avstraliyanı İsrailin cinayətini pisləyən aydın mövqe tutmağa çağırıb
Əmir Abdullahianın sionistlərin İranın Dəməşqdəki konsulluğuna hücumu ilə bağlı İngiltərə, Almaniya və Avstraliyanın xarici işlər nazirləri ilə fikir mübadiləsi apardığına toxunaraq, bu üç ölkənin sionist rejimin bu terror cinayətini pisləmək üçün aydın mövqe bildirməsinin zəruriliyini vurğulayıb.
Hüseyn Əmir abdullahian cümə axşamı günü özünün sosial şəbəkələrdəki şəxsi hesabında yazıb: "Almaniyanın xarici işlər naziri Annalena Berbok, Britaniyanın xarici işlər naziri Devid Kameron və Avstraliyanın xarici işlər naziri Penni Vanqın telefon zənglərinə cavab olaraq, bəzi ikitərəfli münasibətlərə dair fikir mübadiləsi zamanı vurğuladım: "Sionist rejim beynəlxalq hüququ və Vyana konvensiyalarını pozaraq, diplomatların və diplomatik yerlərin toxunulmazlığını pozduqda və Təhlükəsizlik Şurası İranın Dəməşqdəki səfirliyinə terror hücumunu pisləyən bəyanat verə bilmədikdə, qanuni müdafiə məqsədi ilə təcavüzkarın cəzalandırılması zəruridir".
Xarici işlər naziri əlavə edib: "Mən sonra yuxarıda adı çəkilən üç ölkənin (İngiltərə, Almaniya, Avstraliya) sionist rejimin törətdiyi bu terror cinayətini pisləməkdə aydın mövqe bildirməsinin zəruriliyini vurğuladım və bəyan etdim ki, İran müharibənin əhatə dairəsini genişləndirmək niyyətində deyil, əksinə, Qərbi Asiyanın həssas regionunda dayanıqlı təhlükəsizliyin qaytarılması sionist rejimin müharibə qızışdıran və balansdan kənar liderlərinin cilovlanması və bu qurumun Qəzzəyə və Qərb Sahilinə qarşı müharibə cinayətlərinin həmişəlik dayandırması ilə bağlıdır".