Apr 13, 2024 16:07 Asia/Baku
  • Sionistlər İranın strateji gücünü etiraf etməyə başlayıblar - TƏHLİL

Sionist rejimin başçıları İranın yüksək strateji qüdrəti ilə məşğul olmaqda aciz olduqlarını etiraf edirlər.

İranın Dəməşqdəki konsulluğuna İranın mümkün cavabı son günlər sionist rejimin Nazirlər Kabinetini dəhşətə gətirib.

İsrail televiziyasının 12-ci kanalı baş nazir Benyamin Netanyahu, müharibə naziri Yoav Qallant, keçmiş müharibə naziri və indiki Müharibə Şurasının üzvü Benni Qantz və İsrail Hərbi Şurasının üzvü Qadi Eisenkotun iştirakı ilə təhlükəsizlik toplantısı keçirəcəyini açıqlayıb. İclasda İranın cavab tədbirinin necə həyata keçiriləcəyi və onunla qarşılaşmaq yolları müzakirə olunacaq.

Aydın məsələdir ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinə terror hücumu sionist rejimin beynəlxalq standart və qaydalara zidd olan cinayət əməllərinin başqa bir hissəsidir. Bu rejim müqavimət qüvvələri ilə qarşıdurmada çıxılmaz vəziyyətə düşdüyünə xatir bölgədə gərginlik və xaos yaratmaq məqsədi ilə hüquqi toxunulmazlığa malik olan və İranın ərazisi sayılan diplomatik məkana hücum etmişdir.

Xunta rejimini əsəbiləşdirən həm də, İran İslam Respublikasının davamlı və təsirli dəstəyi nəticəsində müqavimət qruplarının regionda təsirli qüvvəyə çevrilməsidir.

Bu gün İranın rolu və mövqeyi regionda baş verən proseslərə elə böyük təsir göstərir ki, sionistlər bir tərəfdən özlərini təcridə düşmüş vəziyyətdə görürlər, başqa tərəfdən isə İranla qarşı-qarşıya gəlməkdə aciz olduqlarını etiraf edirlər.