Apr 13, 2024 16:09 Asia/Baku
  • Bayden İrandan İsrailə hücum etməməyi xahiş edib

ABŞ prezidenti Co Bayden bir daha aşkar müdaxilə və İsrail rejiminə dəstək olaraq İran İslam Respublikasından bu rejimin Tehranın Suriyanın Dəməşqdəki konsulluğuna hücumuna cavab verməməsini istəyib.

Co Bayden İranın İsrail rejiminin Tehranın Suriyanın Dəməşqdəki konsulluğuna hücumuna verdiyi cavabla bağlı bu rejimi bir daha dəstəklədiyini və müdaxiləçi bəyanatlarla belə deyib: “Amerika Birləşmiş Ştatları İsrailin təhlükəsizliyinə yardıma sadiqdir. Bu, özünümüdafiədir”.

İrana mesajla bağlı suala isə cavab olaraq Bayden işğalçı rejimin təcavüzünə zərrə qədər də işarə etmədən belə deyib: “Bunu etmə”.

Eyni zamanda Amerika prezidenti deyib: “Mən məxfi məlumatları açıqlamaq istəmirəm, lakin mənim gözləntim budur ki, İsrailin hücumuna İranın cavabı tezliklə baş verəcək”.

 

 

Teqlər